SON XƏBƏR

Azərbaycanlı nazir müavini vəzifəsindən azad edildi

May 20
14:10 2020
Rusiyanın Baş naziri Mixail Mişustun Azər Talıbovu İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edib.

Qlobal.az APA-ya istinadən xəbər verir ki, Baş nazirin əmrində A. Talıbovun öz ərizəsi əsasında vəzifəsindən azad olunduğu bildirilir.

Azər Mütəllim oğlu Talıbov 2017-ci ilin yanvarında bu vəzifəyə təyin olunmuşdu.

Bundan əvvəl o, Rusiya Bankı sədrinin katibliyinin və Rusiya Prezidenti köməkçisinin Aparatının rəhbəri olub.

2008-2012-ci illərdə İqtisadi İnkişaf nazirinin köməkçisi işləyib. 2002-ci ildən isə sözügedən nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook