SON XƏBƏR

Azərbaycanlı Kiyevin mərkəzində donaraq öldü

Yanvar 18
00:23 2017
Kiyevdə Azərbaycanın 45 yaşlı vətəndaşı donaraq ölüb.
 
Virtualaz.org bildirir ki, bu barədə Təcili yardım həkimlərinə istinadən "İcmalçı” nəşri xəbər yayıb.
 
Kişini tibbi məntəqəsinə dünən - bazar ertəsi çatdırıblar. Həmin vaxt o huşsuz vəziyyətdə olub.
 
Həkimlər bir neçə saat mübarizə aparsalar da, onun həyatını xilas edə bilməyiblər.
 
İşə artıq polis qarışıb. Qanun keşikçiləri onun hansı şəraitdə donduğunu araşdırırlar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook