SON XƏBƏR

Azərbaycanlı deputatın hazırladığı sənəd Avropa Şurasında

İyun 29
06:05 2017
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Azərbaycanlı deputat Rafael Hüseynovun hazırladığı "Təhsilin məktəblilərin ehtiyaclarına yönəldilməsi” adlı yeni tövsiyə xarakterli sənədi müvafiq imzalar toplayıb və aktual qətnamə layihəsi kimi AŞPA katibliyinə təqdim edilib.

Qlobal.Az Azərtac-a istinadən xəbər verir ki, Rafael Hüseynovun "Təhsilin məktəblilərin ehtiyaclarına yönəldilməsi” adlı sənəd AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinin prioritetləri sırasında yer alıb. Müxtəlif Avropa ölkələrindən olan 30-dan çox deputatın dəstəkləyərək imzaladığı bu tövsiyə xarakterli sənəddə orta təhsilin səviyyəsinin yüksəldilməsini təmin edəcək bir sıra istiqamətlərə diqqət yönəldilib. Sənəd təklif olunan mövzu ilə bağlı bütün təfərrüatları əks etdirəcək xüsusi məruzənin tərtib edilməsini nəzərdə tutur.
 
Sənəddə diqqətə çatdırılıb ki, məktəblər qəbul edilmiş ənənəvi sistem üzrə işləyir və bu da bir sıra hallarda uşaqlara daha effektli bilik verilməsinə aparmır. Təsdiq edilmiş proqramlar, vəsaitlər və hamı üçün eyni olan dərsliklər əsasında sinif otaqlarında dərs aparmaq müəllimlər üçün rahat olsa da, həmişə qənaətbəxş nəticələr vermir və yeni yanaşmaları zəruriləşdirir. Məktəbi və təhsili şagirdlərin ehtiyaclarına uyğunlaşdırmaq təhsilin səviyyəsini yüksəldə bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook