SON XƏBƏR

Azərbaycanlı dənizçinin olduğu gəmi Misirdə girov saxlanılır

May 20
00:41 2019
Misir xarici vətəndaşların olduğu "Sea Shark” yük gəmisini azad etməyə tələsmir. 

Qlobal.az Oxu.az-a istinadən xəbər verir ki, ötən ilin dekabr ayında Misir Hərbi-Dəniz Donanması tərəfindən saxlanılan tankerin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşıdır 

Ümumiyyətlə gəmi ekipajı 31 nəfərdən ibarətdir. Onlardan 17 nəfər ukraynalıdır. Bu amil Ukrayna hökumətini Misirdəki səfirliyi vasitəsi ilə ölkənin Xarici İşlər Nazirliyinə nota vermək məcburiyyətində qoyub. 

Gəminin ekipaj üzvləri faktiki girov götürülüb. Misirin müvafiq strukturları gəmiyə 11 milyon barel neftin qanunsuz yükləndiyini iddia edir. Misirin ərazi sularına qanunsuz daxil olduğuna görə tankerin sahibinə qarşı 56 milyon dollarlıq iddia qaldırılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook