SON XƏBƏR

Azərbaycanlı alim Danimarkada beynəlxalq cəmiyyətin rəhbəri seçilib

İyun 15
11:01 2017
Danimarka Krallığında yaşayan azərbaycanlı alim, Kopenhagen Universitetinin nevrologiya üzrə professoru Məsud Aşina Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri olub.
 
Danimarka "Vətən" Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, həmyerlimiz 1300 üzvü olan Beynəlxalq Baş ağrıları Cəmiyyətinin prezidenti vəzifəsinə səsvermə yolu ilə 2019-2021-ci illər üzrə seçilib.
 
Məsud Aşina nevrologiya və baş ağrıları sahəsində tanınmış alimdir. Həmyerlimizin fəaliyyəti nəticəsində miqren xəstəliyinə səbəb olan amillərin tədqiqatı aparılıb. Bir çox vacib nəaliyyətlər məhz Məsud Aşinanın adı ilə bağlıdır. Hazırda o, Kopenhagen Universitetinin baş ağrıları sahəsində fəaliyyət göstərən elmi qrupunun rəhbəri kimi fəaliyyət göstərir.
 
Qeyd edək ki, Beynəlxalq Baş ağrıları Cəmiyyəti baş ağrılarından əziyyət çəkən insanların rifahı naminə fəaliyyət göstərən peşəkar təşkilatdır. Cəmiyyətin məqsədi dünyada bu sahə üzrə elm və təhsilin inkişafına dəstək vermək, məlumatlılığı artırmaqdır.
 
(Azərtac)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook