SON XƏBƏR

Azərbaycanla bağlı dediklərini təkzib edən Aşotun - Səs yazısı

Yanvar 10
15:56 2017
Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın təkzib etdiyi "Azərbaycanın işğal altında olan rayonları geri qaytarılmalıdır” məzmunlu açıqlamasının səs yazısı yayılıb.

Axar.az xəbər verir ki, səs yazısında A.Avanesyan APA-nın əməkdaşının "Münasibətlərin düzəlməsi üçün Azərbaycanın işğal olunmuş rayonları geri qaytarılmalıdır. Bununla bağlı mövqeyiniz necədir" sualına "Əlbəttə. Düşünürəm ki, bu gün işğal olunmuş o rayonları, işğal olunmuş Azərbaycan ərazilərini qaytarmalıdırlar, elə də olacaq", - cavabını verib.

Avanesyanın səs yazısında Azərbaycan dilində danışdığı da diqqətdən yayınmayıb.

Qeyd edək ki, yayılan sözügedən açıqlamadan dərhal sonra Aşot Avanesyan öz Feysbuk hesabında təkzib statusu ilə çıxış etmişdi. O, belə bir açıqlama vermədiyini iddia etmiş və bunun təxribat olduğunu bildirmişdi.

Həmin səs yazısını təqdim edirik:
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook