SON XƏBƏR

Azərbaycanın yeni Konstitusiyası çap olundu

Yanvar 12
14:31 2017
Azərbaycan Respublikasının Konstitusiyası 26 sentyabr 2016-cı ildə  keçirilmiş ümumxalq səsverməsinin (referendum) nəticələrindən sonra yeni redaksiyada çap edilmir?
 
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib.
 
Tahir Kərimli Konstitusiyasının yeni dəyişikliklərdən sonra artıq çap olunduğunu bildirib.
 
"Amma bu, kütləvi sahə üçün yox, xidməti sahə üçün çap olunub. Mənim özüm də dəyişikliklərdən sonra çap olunmuş Konsitutsiya ilə tanış olmuşam. Orada referendumda olan bütün dəyişikliklər öz əksini tapıb”.
 
Deputat yeni Konsitutsiyanın kütləvi şəkildə çap olunacağını da qeyd edib.
 
"Zənnimcə, yeni Konsitutsiya internetdə də yerləşdirilib. Hazırda üzərində iş getdiyinə görə, yaxın vaxtlarda  yeni Konsitutsiya çap olunacaq”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook