SON XƏBƏR

Azərbaycanın xarici işlər naziri Moskvada səfərdədir

Aprel 28
09:20 2017
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüşdə iştirak etmək üçün Moskvada səfərdədir.
 
"Report"un Rusiya bürosunun məlumatına görə, E.Məmmədyarov Rusiyanın paytaxtına ötən gecə çatıb.
 
Bu gün Moskvada Dağlıq Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşü olacaq. Görüş bağlı qapılar arxasında keçiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook