SON XƏBƏR

Azərbaycanın Rusiyaya ixrac etdiyi 20 tona yaxın kilkə Moskvada müsadirə edilib

May 29
13:50 2018
Azərbaycanın Rusiyaya ixrac etdiyi 19,7 ton kilkə qonşu ölkənin paytaxtı Moskvada müsadirə edilib.
 
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselnadzor") məlumat yayıb.
 
Məlumata görə, buna səbəb məhsulun sənədlərində çatışmazlıqların olmasıdır. Kilkənin ixracı rəsmiləşdirilərkən sənədlərə məhsulun tranzit ölkəsi, saxlanıldığı soyuducular barədə məlumatlar, laboratoriya rəyi əlavə olunmayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook