SON XƏBƏR

Azərbaycanın “İnterpol” xəttilə axtardığı şəxs Türkiyə-Yunanıstan sərhədində tutuldu

Avqust 15
10:36 2019
Azərbaycan tərəfindən "İnterpol”un qırmızı xətti ilə beynəlxalq axtarışa verilmiş 42 yaşlı şəxs Türkiyə-Yunanıstan sərhədindəki Kipi gömrük keçid məntəqəsində tutulub.

Türk mətbuatının yaydığı məlumata görə, onu Türkiyədən Yunanıstana keçmək istəyərkən pasport yoxlanışı zamanı saxlayıblar.

Sərhəddə aparılan araşdırma zamanı şübhəlinin başqalarına aid şəxsi məlumatları ələ keçirmə, şantaj və kompüter məlumatlarına qanunsuz giriş ittihamları ilə Azərbaycan hökuməti tərəfindən axtarışa verildiyi məlum olub.

Hələlik tutulmuş şəxsin kimliyi barədə məlumat verilmir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook