SON XƏBƏR

Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi şəxs Moskvada saxlanılıb

Dekabr 05
15:24 2018
Azərbaycanın sifarişli qətllər törətdiyinə görə İnterpol xətti ilə axtarışa verdiyi İlya Şabanov adlı şəxs Moskvada saxlanılıb.
 
"Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Rauf Həsənovun öldürülməsində ittiham olunan Rusiyanın keçmiş vətəndaşı İ.Şabanovun hazırda Azərbaycana təhvil verilməsi məsələsi müzakirə olunur.
 
Xatırladaq ki, Bakı şəhər sakini R.Həsənov 2009-cu ilin oktyabr ayında evindən avtomobili ilə gedəndən sonra onu görən olmayıb. Noyabrın 5-də həmin avtomobil Qubada yandırılmış vəziyyətdə tapılmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook