SON XƏBƏR

Azərbaycanın Ədliyyə naziri "Ekstradisiya haqqında" Avropa Konvensiyasına əlavə edilmiş yeni protokolu imzalayıb

Oktyabr 16
11:59 2019
Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov Strasburqda "Ekstradisiya haqqında" Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolu imzalayıb.

İmzalanma Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin iştirakı ilə baş tutub.
Qeyd edək ki, "Ekstradisiya haqqında" Avropa Konvensiyası 50 ölkə tərəfindən ratifikasiya edilib.

Azərbaycanda Konvensiya 2002-ci ildə qüvvəyə minib. Bu sənəd tərəfləri cinayət işi çərçivəsində və ya bir hökmün icrası üçün axtarışda olan şəxsləri bir-birlərinə verməyə məcbur edir.

Konvensiyanın siyasi və ya hərbi cinayətlərə şamil edilmədiyi qeyd olunur. Bundan əlavə, Konvensiyanın iştirakçısı olan hər bir ölkə vətəndaşlarını xarici dövlətə təhvil verməkdən imtina edə bilər.

Azərbaycanın imzaladığı protokolda Konvensiyanın müasir dünyanın ehtiyaclarına uyğunlaşdırılması üçün bir sıra müddəalara dəyişiklik və əlavələr var. Bu protokolun müddəalarına köhnəlmə müddəti, ekstradisiya müraciəti və onu müşayiət edən sənədlər, konkretlik qaydası, tranzit, üçüncü dövlətə verilmə, habelə rabitə kanalları və vasitələri kimi məsələlər daxildir.
 
(Report.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook