SON XƏBƏR

Azərbaycanın ali təhsil müəssisələrində 5410 əcnəbi vətəndaş təhsil alır

İyun 21
12:29 2018
2018-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində ümumilikdə 75 ölkədən gəlmiş 5410 əcnəbi vətəndaş təhsil alır

Bu barədə Təhsil Nazirliyinin 2017-ci ilə olan yekun hesabatında qeyd edilib.

Təhsil naziri Ceyhun Bayramovun təqdim etdiyi hesabatda qeyd olunub ki, əcnəbi tələbələrin 40,3 faizini Türkiyə vətəndaşları təşkil edir. İran, Rusiya, və Gürcüstan kimi qonşu dövlətlərdən gələn tələblərin sayı çox olmasına baxmayaraq, Çin, Hindistan, Pakistan və Banqladeş kimi dövlətlərin vətəndaşları da ilk onluğa daxildir. 2017-2018-ci tədris ilində Respublikanın ali təhsil müəssisələrinə qəbul olan əcnəbi tələbələr üzrə ölkə sayı 43 olub. Estoniya, Monqolustan, Filippin və Şeir Lanka hesabat ilində bu siyahıya yeni qoşulub.

Qeyd edək ki, tədbirdə baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva iştirak ediblər."Report”



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook