SON XƏBƏR

Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusu yandı

Yanvar 08
12:01 2018
Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusu Gürcüstan ərazisində yanıb.
 
Minval.info xəbər verir ki, avtobusda 50 sərnişin olub. Onların arasında Azərbaycan, Türkiyə, Gürcüstan və Rusiya vətəndaşıları var.
 
Xoşbəxtlikdən, yanğın nəticəsində heç bir sərnişin xəsarət almayıb. Bunun ən böyük səbəbi isə avtobus hərəkətdə olan zaman tüstü qoxusunun hiss edən sərnişinlərin sürücünü xəbərdar etməsidir.
 
Vaxtında avtobusu tərk edən sərnişinlər bunun sayəsində sağ qalıblar. Sərnişin avtobusu isə tamamıilə yanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook