SON XƏBƏR

Azərbaycandan Qazaxıstana aviareyslərin sayı artırılacaq

Mart 28
17:51 2017
"Air Astana” aviaşirkəti Azərbaycandan Qazaxıstana yerinə yetirilən aviareyslərin sayını artıracaq.
 
AZƏRTAC xəbər verir ki, bu barədə "Air Astana” aviaşirkətinin rəsmi nümayəndəsi Şemet Daken deyib.
 
O bildirib ki, iyun ayından Azərbaycandan Qazaxıstana həyata keçirilən aviareyslərin sayı həftədə 4 dəfəyədək artacaq. Hazırda bu reyslərin sayı 3-dür.
 
Ş.Daken qeyd edib ki, ötən il "Air Astana” aviaşirkəti vasitəsilə 20-25 min azərbaycanlı Qazaxıstana uçub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook