SON XƏBƏR

Azərbaycandan milyonlar oğurlamaqda ittiham olunan sabiq nazir: "Heç bir narahatçılığım yoxdur"

İyun 25
11:40 2019
Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasov oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxmasına və bununla belə övladının radikal dini təriqətin üzvü olmasına münasibət bildirib. 

İsmət Abbasov özü və oğlu barəsində KİV-lərdə gedən məlumatları özəl olaraq Unikal.org-a şərh edib:

"Mən dünən Bakıdan xaricə gəlmişəm. Dünənə kimi, paytaxtda olmuşam. Özüm və övladım barəsində yayılan "məlumatarı” əlbəttə ki, oxuyuram. Bu "məqalələri” gülüşlə qarşılayıram. Təbii ki, barəmdə yazılanlar şər və böhtan xarakter daşıyır. Yazılanlar yalan informasiyadır...”.

Sabiq nazir oğlunun radikal dini təriqətə üzv olmasına isə belə aydınlıq gətirib:

"Sonuncu, övladım barəsində yazılanlarla tanış olmamışam. Hazırda burada səhər saat 7-dir. Yuxulu olmağıma baxmayaraq, yazanlara demək istəyirəm ki, mənim oğlum nümunəvi bir oğlandır. O nə deməkdir? Bu nə böhtandır? Mənim heç bir narahatçılığım yoxdur. Bundan sonra da barəmdə kim nə yazır, qoy yazsın! Özləri bilər! Hamıdan yazırlar, qoy məndən də yazsınlar”. 
 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook