SON XƏBƏR
  • "Azərpambıq ASK” MMC işçinin haqqını yeyir - ŞİKAYƏT"Azərpambıq ASK” MMC-nin Bərdə rayonundakı işçisi nə əmək haqqını, nə də əlavə ayrılmış subsidiyanı ala bilmir Əlil övladının müavinətini bəzən olur ki, pambığla bağlı işlərə xərcləyir. Axırda da o..
  • Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edibAzərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təhlükəsizlik məsələlərinə nəzarət edən ali nümayəndələrin 10-cu beynəlxalq görüşündə işti..
  • Cəbhə bölgəsində son vəziyyətErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub. Ermənistan Respublikası Krasno..
  • Pensiyalar yenə qalxacaq - Oktyabrın 1-dən"Minimum əmək haqlarının artırılması barədə imzalanan sərəncam dövlət sektorunda çalışan 500 mindən çox işçiyə şamil olunacaq”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev ..
  • DİN əməkdaşlarının maaşları artırılıbPrezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) ma..
  • Müəllimlərin də maaşı artdıPrezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" sərəncam imzalayıb. ..
  • “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədiRusiyaya məxsus "Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istəyib. Qlobal.az APA-ya istinadən xəbər verir ki, "Ural” avia şirkətinin mətbu orqanı olan jurnalda Dağlıq Qarabağa helikopterlər..
  • Prezidentdən sərəncam: Minimum əməkhaqqı 250 manat olduPrezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.   Qlobal.Az xəbər verir ki, sərəncama görə, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib..
  • Zakir Həsənov: “Şəhid mayor mənim əmrimi icra edib”"Azərbaycan xalqı Ordumuzun qələbəsini gözləyir. Lakin müharibəni hərbçilər başlamır, hərbçilər icraçıdırlar". Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib. O bildirib ki,..
  • Nərimanovda bir qrup sakin aksiya keçirdi – SəbəbBu gün "İnteks” MMC tərəfindən aldadıldığını iddia edən Nərimanov rayon sakinləri Firdovsi Məmmədov 9 küçəsi ilə Təbriz küçəsinin kəsişdiyi ünvanda aksiyaya başlayıblar. Qlobal.az Sputnik.az-a isti..

Azərbaycandan erməni rəhbərliyi ilə bağlı BMT Baş katibinə - Məktub

İyun 01
17:28 2019
"Azərbaycanda Şuşa şəhərinin və Şuşa rayonunun 30 kəndinin 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmasını heç vaxt unutmayacaqlar. Bu, Tehranda Ermənistanla Azərbaycanın siyasi rəhbərləri arasında danışıqlar zamanı baş verib. Tərəflər həmin görüşün nəticələrinə dair birgə bəyanat imzalayıblar və münaqişəni beynəlxalq hüquq normalarına müvafiq surətdə sülh vasitələri ilə həll etməyi öz öhdələrinə götürüblər".

Qlobal.az AzərTac-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlanmış məktubunda danışılır. Məktubda Şuşa şəhərinin işğalı, Azərbaycanın mədəniyyət abidələrinin erməni işğalçılar tərəfindən məhv edilməsi, Ermənistanın Azərbaycana təcavüzü, erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarının işğalını davam etdirməsi barədə faktlar təqdim olunub.

Y.Əliyev yazır ki, Ermənistan növbəti provokasiyaya əl ataraq, həm beynəlxalq hüquqi öhdəliklərini, həm də münaqişənin nizamlanmasının indiki prosesi çərçivəsindəki öhdəliklərini pozub. Məsələn, bütün dünyanın İkinci Dünya müharibəsində Qələbə Gününü qeyd etdiyi bir gündə - 2019-cu il mayın 9-da Ermənistanın siyasi rəhbərliyi regionda Azərbaycanın tarixi mərkəzi və mədəni beşiyi sayılan Şuşa şəhərinin 1992-ci ilin mayında ermənilər tərəfindən zəbt edilməsi ilə əlaqədar "bayram tədbirlərində” iştirak etmək üçün Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ regionuna gedib.

Şübhə yoxdur ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında yüksək səviyyədə görüşdən və danışıqların yenidən başlanmasından sonra atılmış belə riyakar və həyasız addımlar narazılığın daha da güclənməsinə, sülh və barışıq perspektivlərinin isə azalmasına gətirib çıxaracaq.

Ermənilərin Şuşaya hücumu nəticəsində 195 dinc sakin öldürülüb, 165 nəfər yaralanıb və 58 nəfər itkin düşüb. İşğal edilmiş bütün ərazilər boyu Azərbaycan əhalisinə qarşı etnik təmizləmə aparılıb, 24 mindən çox Şuşa sakini doğma yurdlarını tərk etməyə məcbur olub.

O vaxtdan etibarən Şuşada Pənahabad qalası, Qaraböyük xanım bürcü, Yuxarı Gövhərağa məscidi, Aşağı Gövhərağa məscidi, Saatlı, Xoca Mərcanlı, Mərdinli, Köçərli, Culfalar, Hacı Yusifli, Çöl Qala, Təzə məhəllə və Çuxur məhəllə məscidləri, Məşədi Şükür Mirsiyab və Məşədi Hüseyn Mirsiyabın karvansarası, Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidlərinin mədrəsələri, Natəvanın evi, Şuşa Şəhərinin Tarixi Muzeyi, Azərbaycan Dövlət Xalça Muzeyinin Şuşa filialı, Qarabağ Tarix Diyarşünaslıq Muzeyi, Qarabağ Ədəbiyyatı Muzeyi, Dövlət Rəssamlıq Qalereyası, Üzeyir Hacıbəylinin ev muzeyi, Mirzə Mövsüm Nəvvabın ev muzeyi və Molla Pənah Vaqifin məqbərəsi kimi bir çox unikal tarixi və dini obyektlər məhv və qarət edilib, Azərbaycanın mədəni və tarixi irsinin bütün izlərini və əlamətlərini bu şəhərdən silmək üçün sistemli addımlar atılıb.

Y.Əliyev qeyd edir ki, Ermənistan özünün ilhaqçı siyasətini həyata keçirmək vasitəsi kimi azərbaycanlıların didərgin salındığı işğal edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində məskunların yerləşdirilməsini də təşviq edir və onların rahat köçməsinə şərait yaradır ki, bu da beynəlxalq hüququn aşkar pozulması deməkdir və münaqişənin siyasi yolla tənzimlənməsi niyyətlərinə zidd addımdır.

Azərbaycan şəhərinin çoxsaylı qurbanlar və məşəqqətlər bahasına başa gəlmiş işğalının bayram və mədh edilməsi də İkinci Dünya müharibəsi illərində istibdad və müstəmləkəçilikdən azad olmaq uğrunda canlarından keçmiş milyonlarla insanın xatirəsinə böyük hörmətsizliyin təzahürüdür. İkinci Dünya müharibəsi illərində erməni legionunun komandirləri olmuş nasist generallar Qaregin Njdenin və Drastamat Kanayanın Ermənistanda milli qəhrəman səviyyəsinə yüksəldilməsi faktı nəzərə alınsa, Yerevanın bu siyasətində qəribə heç nə yoxdur.

Yuxarıda barəsində danışanlar təsdiq edir ki, bu yaxınlarda Ermənistanda hökumətin dəyişməsinə baxmayaraq bu ölkə əvvəlki kimi regional və beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə ciddi təhlükədir və bu, Birləşmiş Millətlər Təşkilatı və bütövlükdə beynəlxalq birlik tərəfindən xüsusi diqqət və təxirəsalınmaz reaksiya tələb edir.

Şübhə yoxdur ki, Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş bütün ərazilərindən, o cümlədən Şuşa şəhərindən çıxarmalı olacaq. Azad edilmiş rayonların demoqrafik vəziyyəti və mədəni strukturu bərpa olunacaq. Zorla doğma yurd-yuvalarından qovulmuş əhalinin təhlükəsizlik və layiqli şəkildə öz evlərinə qayıtmaq hüququ təmin ediləcək.

Ermənistan provokasiyalar törətməyə və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu imitasiya etməyə vaxt sərf etməkdənsə, qeyri-sabit status-kvonu uzatmağa yönələn səmərəsiz cəhdlərini dayandırmalı və öz beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirməlidir.

Sonda Azərbaycan diplomatı xahiş edir ki, bu məktub Təhlükəsizlik Şurasının gündəliyinin və sənədinin 35-ci və 41-ci bəndlərinə müvafiq olaraq Baş Assambleyanın sənədi kimi yayılsın.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook