SON XƏBƏR

"Azərbaycandakı Rusiya QHT-ləri yoxlanılmalıdır" - YAP-çı deputat

May 16
12:47 2017
"Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi hər kəsi naraht edir”.

Qlobal.az AzVision.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov ÜAK-ın ləğv edilməsi ilə bağlı çıxışı zamanı deyib. 

O, bildirib ki, Azərbaycanın həmişə qonşu dövlətlər münasibətləri yaxşı olub: "Buna baxmayaq Rusiyada bəzi dövlət məmurları öz maraqlarını üstün tutaraq bu cür addımlar atır”.

S.Novruzov qeyd edib ki, Azərbaycanda rus dilində məktəblər, bağçalar fəaliyyət göstərir: "Ermənistanda isə heç rus dilində bağça yoxdur. Bu ümumi münasibətlərin pisləşməsi istiqamətində atılan addımdır.Biz beynəlxalq təşkilatların Rusiyaya qarşı mövqeyi fərqli olanda da həmişə neytrallığımız qoruyuruq. Amma qarşı tərəfdən bunu nəzərə almır. Bununla bağlı Rusiya hökumətinə müraciət olunmalıdır. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq müraciət edəcəm ki, Azərbaycanda fəaliyyət göstərən Rusiyanın qeyri-hökumət təşkilatları fəaliyyəti yoxlanılsın, hesabat verilsin”. 

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook