SON XƏBƏR

"Azərbaycanda "Yehovanın Şahidləri"nin fəaliyyətinin məhdudlaşdırılması barədə məlumatlar yalandır" - Səyavuş Heydərov

Oktyabr 17
16:57 2018
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Yehovanın Şahidləri" Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzman ilə görüşüb.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, sədr müavini qonaqlara ölkədəki sabit dini durum, nümunəvi tolerantlıq mühiti, eləcə də dinlərarası harmoniya barədə məlumat verib.

O bildirib ki, ölkənin milli, dini xüsusiyyətlərindən irəli gələn tolerantlıq keyfiyyəti xalqın genefondunda özünə yer tapıb. Dinə bəşəri, tolerant və dünyəvi münasibət baxımından Azərbaycan nadir ölkələr sırasında ön sıralarda yer alır. Ölkədə vicdan və dini etiqad azadlığının təmin edilməsinə, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilir. 

S.Heydərov vurğulayıb ki, Azərbaycanda əhalinin böyük əksəriyyətini təşkil edən müsəlmanlarla yanaşı, digər dinlərin mənsublarına da öz inanc və etiqadlarına uyğun yaşamaları üçün bərabər şərait yaradılıb, bütün dini icmalar dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Görüş zamanı Azərbaycan həqiqətləri barədə də danışan Dövlət Komitəsinin sədr müavini Ermənistanın təcavüzakarlıq siyasətini davam etdirməsinin bütün regionda sülh və sabitliyin təmin edilməsinə, dinlərarası əməkdaşlığın bərqarar olunmasına ciddi problemlər yaratdığını deyib.

Söhbət əsnasında bəzi beynəlxalq hesabatlarda Azərbaycanda "Yehovanın Şahidləri" dini icmasının fəaliyyətinin məhdudlaşdırılması barədə qeyri-obyektiv məlumatların yer aldığı diqqətə çatdırılıb. "Yehovanın Şahidləri" Avropa Assosiasiyasına bu cür qərəzli informasiyalara qarşı obyektiv mövqe nümayiş etdirmələri tövsiyə olunub.

Bakıya yenidən səfər etməsindən məmnunluğunu ifadə edən qurumun sədri Toni Breys Azərbaycanda mövcud olan dini tolerantlıq mühitini yüksək qiymətləndirib. Dini icma üzvlərinin sərbəst fəaliyyətinə görə yaradılan şəraitə, eyni zamanda icmanın rastlaşdığı problemlərin həllində göstərilən dəstəyə görə razılığını ifadə edib. Beynəlxalq hesabatlarda həqiqətə uyğun olmayan məlumatların yayılmasının qarşısının alınması üçün səy göstərəcəklərini bildirib.
 
Qlobal.Az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook