SON XƏBƏR

Azərbaycanda vətəndaşlar güzəştli ipoteka şərtləri ilə təmirli mənzil əldə biləcəklər

Noyabr 17
13:22 2016
Mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə biləcəklər.

"Report"un xəbərinə görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş ""MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası" sənədində əksini tapıb.

Qayda "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin (onun törəmə və asılı təsərrüfat cəmiyyətlərinin) sərəncamında olan mənzilləri Azərbaycan vətəndaşlarının güzəştlə əldə etməsi şərtlərini və mexanizmini müəyyən edir.

Sənədə əsasən, mənzil güzəştli qiymətlə ipoteka krediti hesabına və ya ərizəçinin öz vəsaiti, yaxud kredit təşkilatından cəlb etdiyi kredit hesabına əldə edilir.

Güzəştli qiyməti (mənzilin satış qiymətini) cəmiyyətin təklifləri əsasında onun Müşahidə Şurası mənzilin orta bazar qiymətindən aşağı müəyyən edir.

Mənzil tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təhvil verilir.
Qaydayaə əsasən, mənzil ipoteka kreditinin hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizini təşkil etməlidir (kreditin məbləğinin 90 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla).

Mənzilin güzəştlə əldə edilməsi üçün şəxslər əmiyyətə müraciət etməlidirlər.

Müraciətdə müraciətedənin adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və verildiyi tarix, şəxsiyyət vəsiqəsini vermiş dövlət orqanının adı, müraciətedənin qeydiyyatda olduğu ünvan, telefon nömrəsi və elektron poçt ünvanı, əldə etmək istədiyi mənzilin otaqlarının sayı, mənzili ipoteka kreditindən istifadə etməklə və (və ya) öz vəsaiti hesabına əldə etmək niyyəti barədə məlumatla əksini tapmalıdır.

Müraciət edən şəxs mənzili ünvan əsasında seçir və seçilmiş mənzili digər şəxslərin seçməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır. Mənzilin seçilməsi və seçilmiş mənzilə məhdudiyyət qoyulması ilə bağlı müraciətedənin elektron kabinetində sistem vasitəsilə dərhal məlumat yerləşdirilir.

Qeyd edək ki, yaşayış kompleksi Bakı şəhəri, Yasamal rayonu, dairəvi avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə salınacaq.


Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook