SON XƏBƏR

Azərbaycanda vaxtı keçmiş kreditlər rekord həddə çataraq 1,8 mlrd. manatı ötüb

Avqust 09
11:46 2017
Azərbaycanda vaxtı keçmiş kreditlər bu il iyulun 1-nə 1 810,7 mln. manat təşkil edib.
 
"Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 4,1% və yaxud 70,9 mln. manat çoxdur.
 
İlin əvvəlinə nisbətən problemli kreditlər 338,1 mln. manat və yaxud 23%, son 1 ildə isə 270,9 mln. manat və yaxud 17,6% artıb.
 
İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 13%, mayın sonuna 11,8%, ötən ilin sonuna 9%, ötən il iyunun sonuna isə 8,4% təşkil edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook