SON XƏBƏR

Azərbaycanda uşaqların ölümünə səbəb olan oyunun qurucusu tutuldu

İyun 21
13:28 2018
Dünya üzrə şəbəkə oyununa çevrilən "Mavi balina” oyunun yaradıcısı həbs edilib

Sozcu.com.tr bildirir ki, yüzlərlə insanın ölümünə və ya intihar etməsinə səbəb olan "Mavi balina” kabusunun yaradıcı Nikita Nearonov artıq yaxalanıb. 

Rusiyada yaşayan Nearonovun 22 yaşı olduğu bildirilir. Onun oyunun tək yaradıcısı olmadığı və onun proqramını yazanlardan sadəcə biri olduğu bildirilib.

Sosial media üzərindən oyanan bu oyun nəticəsində ən az 10 nəfərin intihar etdiyi qeyd olunub.

Niyə bu cür oyunu hazırladınız? – sualına 22 yaşlı proqramçı "ölmək onların haqqıdır” cavabını verib.

Qeyd edək ki, "Mavi balina" oyunu Azərbaycanda da yayılıb və bu oyunun tələblərini yerinə yetirən bir neçə azyaşlı və yeniyetmə intihar edib. Lent.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook