SON XƏBƏR

Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçəcək

May 23
14:21 2019
Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçəcək.

ONA-nın məlumatına görə, bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında” qanuna yeni 7-1-ci maddə (Tibb müəssisələrinin akkreditasiyası) əlavə edilir.

Yeni maddəyə görə, tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi və əhalinin yüksəkkeyfiyyətli tibbi xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün hüququnun təmin edilməsi məqsədilə aparılır.

Tibb müəssisələrinin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

Tibb müəssisələrinin akkreditasiyasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etidiyi orqan (qurum) həyata keçirir.

Tibb müəssisələrinin akkreditasiyasına görə "Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

Tibb müəssisələrinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir. Akkreditasiyadan keçən tibb müəssisələrinə akkreditasiya haqqında şəhadətnamə verilir.

Qeyd edək ki, qanun layihəsinə dəyişiklik layihəsi Milli Məclisin mayın 30-da və 31-də keçiriləcək iclaslarında müzakirəyə çıxarılacaq. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook