SON XƏBƏR

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 132 min 821-ə çatıb

İyun 11
18:29 2018
Azərbaycanda təbii qazla təmin edilən abonentlərin sayı 2 milyon 132 min 821-ə çatıb.
 
SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə bu ilin yanvar-may ayları ərzində birlikdə əhali sektoru üzrə 37 min 513 yeni abonent qeydiyyata alınıb. Bunun da 22 min 838-i Bakı, Abşeron və Sumqayıt, 14 min 675-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasına abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması səbəb olub.
 
Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 132 min 821-ə çatıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook