SON XƏBƏR

"Azərbaycanda tanınan universitetlərin siyahısı səhvdir" - AÇIQLAMA

May 17
10:29 2017
Təhsil Nazirliyi bir neçə gündür xəbər saytlarında yayılmış Azərbaycanda diplomları tanınan universitetlər siyahısının yanlış olduğunu bildirib. 
 
Bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov məlumat yayıb:
 
"Bu gün bir neçə saytda yanlış olaraq Azərbaycan Respublikasında diplomları tanınan ölkə universitetlərinin siyahısı qeyd olunub. Bu tamamilə yanlış siyahıdır.
 
Əgər ali təhsil müəssisəsi fəaliyyət göstərməsi üçün bütün zəruri sənədlərə malikdirsə və verdiyi təhsil sənədi fəaliyyət göstərdiyi ölkə tərəfindən tanınırsa, Azərbaycan Respublikası da həmin təhsil müəssisəsini tanıyır. 
 
Əlavə olaraq bildiririk ki, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsinə (www.nostrifikasiya.edu.az) daxil olmaqla ENİC-NARİC bölməsindən ölkə ərazisində tanınan ali təhsil müəssisələrinin siyahısını əldə edə bilərsiniz”.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook