SON XƏBƏR

Azərbaycanda Slovakiyanın səfirliyi açılacaq

Noyabr 13
17:22 2018
"Slovakiya Azərbaycanda səfirliyini açmaq istəyir".

Bunu Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes-forumunda Slovakiyanın baş naziri Peter Pelleqrini bildirib.

"Bundan başqa, iki ölkə arasında hökumətlərarası komissiya yaradılacaq. Azərbaycanın Avropadakı statusunun necə vacib olduğunu bilirik. İki ölkə arasında ticarət dövriyyəsi son illər artıb, lakin istədiyimiz səviyyədə deyil. Slovakiya şirkətləri maşınqayırma, energetika, informasiya və kommunikasiya texnologiyaları, kimya sənayesi və digər sahələrdə əməkdaşlıqda maraqlıdır", - deyə o qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook