SON XƏBƏR

Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb

Noyabr 20
12:01 2019
Bu ilin noyabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 196,9 min nəfər olub ki, onlardan 4 945,1 min nəfəri məşğul əhali təşkil edib.

"APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,11%, məşğul əhalinin sayı isə 1,18% təşkil edib.

2019-cu il noyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 78,7 min nəfər olub ki, onların 36,1%-i qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 286,5 manat olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook