Azərbaycanda qeyri-leqal məşğulluğun səviyyəsi nə qədərdir?
Mart 30
09:14
2020
"Bu günlər mediadan ən çox eşitdiyim sual hökumətin əhaliyə mümkün yardım formaları ilə bağlıdır. Bu sual niyə aktualdır? Çünki ölkədə yüksək səviyyədə qeyri-leqal məşğulluq var - nə qədər adamın real olaraq uçotsuz işlədiyi bəlli deyil”.
Bu barədə tanınmış iqtisadçı Rövşən Ağayev ölkədə məşğulluğun səviyyəsi ilə bağlı statistik məlumatları təhlil edərkən bildirib.
R. Ağayev qeyd edib ki, Azərbaycanda müqaviləli çalışanlar 35%-dir: "Davamlı xidmət müqavilələri və işəgötürən statusu ilə rəsmi qazancı və işi olanlar maksimum 15%-dir. Bu 2 kateqoriya iqtisadi fəal əhalinin tam 50%-ni edir - təxminən 2,4 milyon nəfər.
Yazılır ona görə deyirəm ki, bu adamların xeyli hissəsi islahat vaxtı pay torpağı alsa da, sonaradan torpağını satıb, amma statisitika illərlə bu insanları elə aqrar sahədə məşğul kimi göstərməkdə davam edir.
Yaxud 1 yaşı olanda sovxoz-kolxoz islahatı zamanı ailəsilə birlikdə torpaq payı olan körpə böüyüb 18-20 yaşa çatıb, heç biri işi yoxdur, amma həmin, məsələn, 30 sot torpağa görə dövlət onu işsiz saymır. Halbuki bu adam 30 sotda nə becərsə (neft və qızıl hasilatı istisna), heç aylıq minimum maaşın yarısı qədər də qazanc götürə bilməz.
Ekspertin qənaətincə, aqrar sektorda, xüsusilə bitkiçilikdə qeyri-rəsmi muzdla çalışanlar ilin ən yaxşı halda yarısını işləyə və gəlir əldə edə bilirlər: "Ona görə onları ilboyu məşğul saymağın özü doğru deyil. Hələ onu demirəm ki, ölkədə statistikanın "öz istəyilə işləməyən" kimi uçota alıdığı, əmək qabliyyətli yaşında 1 milyon nəfərə yaxın iqtisadi qeyri-fəal əhali var”.
Rövşən Ağayev ikinci vacib məsələnin "kimdir yoxsul" sualına doğru cavab tapmaq olduğunu düşünür: "Monetar yoxsulluq ölkədə gerçək yoxsulluğu üzə çıxarmağa, real dəstəyə ehtiyacı olanlara aşkarlamağa imkan vermir. Bu cür ölçmə ya gəlirlərə, ya da xərclərəəsasən yoxsulluğu ölçür - yəni hər 2 halda pul ifadəsində.
Ola bilər, biz minimum təsdiqlənən xərclərimizi bir yolla ödəyə bilirik - fərqli yoxdur, özümüz işləyərək, ya davamlı dost-tanış yardımı alaraq. Amma yoxsulluğun gerçək miqyasını "çoxmilli yoxsulluq" ölçmə üsulu vasitəsilə aydınlaşdırmaq olur.
Bu halda bizim monetar yoxsulluq səviyyəmizdən əlavə kommunal, rabitə və sosial xidmətlərəəlçatanlğımız, bu xidmətlərin istehlak səviyyəsi, mənzillə təminat səviyyəmiz kimi göstəricilər, götürdüyümüz kreditləri ödəyə bilib-bilməməyimizlə bağlı maliyyə-kredit təşkilatlarının məlumatları da ev təsərrüfatlarının yoxsulluq səviyyəsini ölçməyə imkan verir”.
Mənbə: AzPolitika.info