SON XƏBƏR

Azərbaycanda problemli kreditlərin məbləği 1,6 mlrd. manatdan aşağı düşüb

Fevral 04
10:31 2019
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 585 mln. manat təşkil edib.

"Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 6,1%, ötən il yanvarın 1-nə nisbətən isə 2,6% azdır.

Dekabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,2% təşkil edib. Bu nisbət noyabrın sonuna 13,4%, ötən ilin əvvəlinə isə 13,8% olub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook