SON XƏBƏR

Azərbaycanda polis şöbəsində ölüm- DİN açıqlama verdi

Mart 27
15:38 2017
Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.

Rayon sakini,1977-ci il təvəllüdlü Rəşad Qarayev şöbədə izahat verən zaman anidən özünü pis hiss edərək yıxılıb.

Ona təcili tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, R.Qarayev ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsində baş verən ölüm hadisəsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Goranboy rayonunun Şəfibəyli kənd sakini Qafur Talıbovun şikayət ərizəsi əsasında Goranboy şəhər sakini Rəşad Qarayev izahat verərkən səhhəti qəfil pisləşib və göstərilən tibbi yardıma baxmayaraq, dünyasını dəyişib.

Hazırda faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 
///APA



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook