SON XƏBƏR

Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək - TARİX BİLİNDİ

Noyabr 28
12:42 2019
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının təcili toplantının keçirilməsinin səbəbi bilinib.

Unikal.org-un əldə etdiyi məlumata görə, toplantının təcili keçirilməsinə səbəb, 2020-ci ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcəyi ilə bağlı müzakirələrdir.

Dörd il əvvəl seçilmiş 125 yerlik Azərbaycan parlamentində deputatların başqa vəzifələrə təyin olunması və bir vəfat halı ilə bağlı Milli Məclisdə xeyli boş yer əmələ gəlib.

Belə bir şəraitdə mümkün növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı YAP-ın Siyasi Şurasında qərar qəbul edilib.

Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook