SON XƏBƏR

Azərbaycanda koronavirusa yoluxan daha 3 nəfər sağaldı

Mart 14
14:35 2020
Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilən 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargah məlumat yayıb.

Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb.

Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook