SON XƏBƏR

Azərbaycanda koronavirus peyvəndi sınaqdan keçirilib? - TƏBİB-dən rəsmi cavab

Noyabr 27
13:31 2020
1 ilə yaxındır ki, dünya sürətlə yayılan koronavirus pandemiyası ilə mübarizədə aciz qalıb.

Pandemiya davam etdiyi dövrdə sərt karantin tədbirləri və müalicə metodları tətbiq edilsə də, güclü mübarizə sistemləri hələ də hazır deyil. Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunmayıb.

Rusiyada 3 adda, Türkiyədə, Fransa, ABŞ və digər ölkələrdə peyvənd hazırlansa da, ÜST həmin peyvəndlərin tətbiqinə rəsmən icazə vermir. Amma buna rəğmən ölkələrin istehsal etdiyi peyvənd könüllülər üzərində sınaqdan keçirilir.

Bir çox ölkələrdə artıq bununla bağlı nümunələr var. Bu yaxınlarda Rusiyada istehsal olunan peyvənd nümunələri sınaq üçün Ermənistana da verilib. Söhbət Rusiyada ilk qeydə alınan "Sputnik V” peyvəndindən gedir.

Maraqlıdır, Azərbaycan Rusiyadan koronavirusa qarşı sınaq üçün peyvənd alıb? Ümimilikdə Azərbaycanda könüllülər üzərində hansısa ölkənin peyvəndi sınaqdan kecirilir?

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış Cebhe.info-ya açıqlamasında Azərbaycanın hələlik koronavirusa qarşı heç bir ölkədən peyvənd almadığını deyib.

O qeyd edib ki, Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduğu təqdirdə Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq.

Xatırladaq ki, sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook