SON XƏBƏR

Azərbaycanda ilk: "Abramson" əməliyyatı Ege Hospitalda uğurla həyata keçirildi (FOTO)

Mart 25
17:13 2020
Tibbdə çox az rast gəlinən "Abramson" əməliyyatı Azərbaycanda ilk dəfə Ege Hospitalda həyata keçirildi.
 
Qeyd edək ki "Abramson əməliyyatı" (toyuq döş qəfəsi deformasiyası) cəmiyyətdə statistik olaraq 1000 canlı doğumda bir rast gəlinir. 25 % ailədən keçiş hekayəsi olur. Oğlan uşaqlarında qız uşaqlarına nisbətən 4 dəfə daha çox rast gəlir. Deformasiyanı yaradan əsas səbəb qabırqa qığırdaqlarının həddindən artıq böyüməsidir. Döş qəfəsinin ön divarında "gəmi karinası” şəklində çıxıntı formasında olur. Xəstələrin yaşından,döş qəfəsinin elastikliyindən asılı olaraq az invaziv metod olan, daha kiçik kəsiklərlə icra olunan Abramson əməliyyatı tətbiq oluna bilər.

Abramson əməliyyatı ilk dəfə dünyada Argentinalı alim Dr. Haratsio Abramson tərəfindən 2005-ci ildə uğurla həyata keçirilib.

İlk dəfə Azərbaycan səhiyyəsində Ege Hospitalda Torakal cərrah Uzm.Dr.Nurlan Əlizadə tərəfindən 8 yaşlı qız uşağı üzərində icra olunub. Xəstə əməliyyatdan 6 gün sonra heç bir problem olmadan evə buraxılıb. Hal hazırda periodik olaraq poliklinik nəzarətdədir. Uzm.Dr. Nuralan Əlizadəmin sözlərinə görə, bu cür problemlər erkən yaşlardan aradan qaldırılmazsa gələcəkdə komplekslərə (xüsusilə qız uşaqlarında) və qüsurlu xarakterin formalaşmağına səbəb olur.
 
Qlobal.az 
 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook