SON XƏBƏR

Azərbaycanda iki dövlət qurumu birləşdirilə bilər

May 08
10:25 2018
Prezident İlham Əliyevin struktur islahatlarının davamı kimi yaxın zamanlarda Mənzil İnşaat Dövlət Agentliyininin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə birləşdiriləcəyi gözlənilir.

Qlobal.az "Modern.az”a istinadən xəbər verir ki, təhlillər zamanı yeni yaradılmasına baxmayaraq, MİDA-nın Komitə ilə paralellik təşkil etdiyi müəyyənləşib. Həmçinin, bildirilir ki, MİDA-ya rəhbərliyi zamanı öhdəsinə düşənləri layqincə yerinə yetirməsilə Samir Nuriyevin daha çox etimad qazanması, ona bu yükün altına girməyə imkan verəcək.

Qeyd edək ki, 2007-ci ildən Komitəyə rəhbərlik edən Abbas Ələsgərov bu ilin fevralında 81 yaşında vəfat edib.

Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilən S.Nuriyev isə buna qədər MİDA-nın İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook