SON XƏBƏR

“Azərbaycanda hər 100 doğulan qıza 112 oğlan düşür”

Aprel 10
14:54 2018
İlin əvvəlindən ölkə əhalisinin sayı 13387 nəfər, yaxud 0,1 faiz artaraq 2018-ci il mart ayının 1-i vəziyyətinə 9911472 nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sayı 114 nəfər olub. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
 
Əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.
 
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 23331, yaxud hər gün təxminən 395, saatda isə 16 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edir. Körpələrdən 422-si əkiz, 24-ü üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 112 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).
 
2018-ci ilin yanvar-fevral aylarında ölkədə 10500 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1-dən 6,6-dək azalıb.
 
Cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8065 nikah və 2383 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,1, boşanmaların sayı isə 1,5 olub.
 
Bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 756 nəfər gələn və 200 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 556 nəfər təşkil edir ("Amerikanın səsi").
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook