SON XƏBƏR

Azərbaycanda Həccə hazırlıq başladı - Qiymət 6545 AZN-dən başlayır

Avqust 03
00:55 2017
Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarların səfər hazırlığına start verilib

Qlobal.az SalamNews-a istinadən xəbərinə görə, zəvvarlar üçün Təzəpir məscidində təşkil edilmiş mərasimdə Həcc ziyarətinin əməlləri, görüləcək işlər barədə ətraflı məlumatlar verilib.

Bundan başqa zəvvarların qruplara bölünməsinə başlanılıb və həftə sonuna kimi bütün zəvvarlar Həccə hansı qrupun tərkibində gedəcəklərini qrup rəhbərləri vasitəsilə biləcəklər. 

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu avqustun 24-də yola düşəcək. Növbəti qruplar isə avqustun 25-26-da yola düşəcək. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulub. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək.

Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən il kvota 1040 nəfər olub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook