SON XƏBƏR

Azərbaycanda haqqında korrupsiya işi aparılan şəxs vəzifəyə təyin olundu

May 20
22:12 2019
"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov yeni təyinatla bağlı əmr verib.

"Yeni Sabah” xəbər verir ki, onun əmri ilə Məmmədov Maarif Mikayıl oğlu Mingəçevir Sukanal İdarəsinə rəis təyin edilib. Kərimov Mustafa Yəhya oğlu isə rəis vəzifəsindən azad olunub. Yeni rəis M. Məmmədov "Azərsu” rəhbəri ilə tələbə yoldaşı olub və əvvəl Mingəçevir Sukanal İdarəsində rəis müavini, sonra isə "Bakı Sukanal" İdarəsində məsul vəzifədə çalışıb.

Məsələ heç də, yeni rəisin tələbə yoldaşı olmasında deyil. Bu haqda məlumat verən mənbə bildirir ki, yeni rəis M. Məmmədovla bağlı bir ildən artıqdır ki, Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır: "Keçən ay Mingəçevir Sukanal İdarəsinin rəisini "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov korrupsiyaya görə vəzifəsindən kənarlaşdırdı, amma onun yerinə daha yekə rüşvətxoru rəis təyin etdi.
Bir necə il bundan qabaq Mingəçevirdə Sukanalda rəis müavini işləyərkən bir necə obyektlərdən - daha dəqiq "Zərif” Şadlıq Evinin Nəriman adlı sahibindən rüşvət aldığı üçün barəsində keçən il cinayət işi açılıb və hal-hazırda da müvafiq maddələrlə istintaqı gedir. Amma cinayət işi açılandan sonra Qorxmaz Hüseynov nəyin müabilindəsə barəsində cinayət işi gedən adamı aparıb "Bakı Sukanal” İdarəsində məsul vəzifəyə təyin etdi. İndi isə köhnə rəisi korrupsiyaya görə işdən çıxarıb, barəsində rəsmi olaraq korrupsiya araşdırması aparılan tələbə yoldaşını rəis təyin etdi”.

Məsələ ilə bağlı yazı adı hallanan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook