SON XƏBƏR

Azərbaycanda gənclər təşkilatlarına üzvlüyə yaş məhdudiyyəti qoyuldu – FƏRMAN

Aprel 16
02:24 2019
Bu gün Prezident İlham Əliyev "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununun tətbiqi haqqında” fərman imzalayıb.

ONA-nın məlumatına görə, "Gənclər siyasəti haqqında” qanuna gənclər təşkilatları ilə bağlı yeni maddə (maddə 9-1.) əlavə edilib, gənclər təşkilatlarına üzvlüklə bağlı yaş məhdudiyyəti qoyulub.

Beləliklə, gənclər təşkilatları gənclərin problemlərinin müəyyən edilməsi və həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədi ilə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna uyğun olaraq 16 yaşından 35 yaşınadək olan fiziki şəxslər və (və ya) bu qanuna uyğun olaraq yaradılan gənclər təşkilatları tərəfindən təsis edilən qeyri-hökumət təşkilatlarıdır. Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam veriləcək. Gənclər təşkilatlarına üzvlərin qəbulu və onların üzvlüyünə xitam verilməsi, o cümlədən bu qanunla müəyyən edilmiş yaş həddinə çatma ilə əlaqədar onların üzvlüyünə xitam verilməsi şərtləri və qaydası gənclər təşkilatının nizamnaməsi ilə müəyyən ediləcək.







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook