SON XƏBƏR

Azərbaycanda ən yüksək təqaüdü bu tələbə alır

Mart 05
01:30 2019
Ölkəmizdə ən yüksək təqaüdü Bakı Dövlət Universitetinin tələbəsi alır.

Bu barədə məlumat Azərbaycan Universitetləri səhifəsində paylaşılıb.

Bildirilib ki, BDU-nun III kurs tələbəsi olan İlqar Məmmədzadənin təqaüdü 480 AZN edir.

Belə ki, "Sabah” qrupunda təhsil alan tələbə 210 manat Prezident təqaüdü, 200 manat "Azercell” təqaüdü, 70 manat isə "Sabah” təqaüdü alır.

Məlumat üçün bildirək ki, İ. Məmmədzadə Gədəbəyin Arıqıran kəndində orta məktəbi bitirib. 690 balla BDU Hüquq fakültəsinə qəbul olub və indiyə kimi bütün qiymətləri "A”dır.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook