SON XƏBƏR

Azərbaycanda ən çox işsiz əhalisi olan şəhər və rayonlar (SİYAHI)

Mart 24
15:34 2020
2020-ci ilin mart ayının 1-nə olan rəsmi məlumata görə, Azərbaycanda məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsizlərin sayı 90 min 779 nəfərdir.

İşsiz şəxslərdən cəmi 501 nəfəri işsizlikdən sığorta ödənişi alır. İşsizliyə görə sığorta ödənişinin orta aylıq məbləği 338,9 manatdır.

Oxu.Az ən çox işsiz əhalisi olan şəhərlərin, rayonların ilk 10-luğunu hazırlayıb.

Ən çox işsiz şəxs Bakı şəhərindədir – 27 min 454 nəfər. Sumqayıt şəhəri üzrə isə 5 726 nəfər işsiz var.

Şəmkir rayonunda 4 120 işsiz qeydə alınıb. Gəncə şəhərində 2 366 işsiz var. Ağdam rayonu siyahıda beşinci yerdə qərarlaşıb – 2 128 nəfər.

Gədəbəy rayonu üzrə işsizlərin sayı 1 973 nəfərdir. Mingəçevir ən çox işsizi olan bölgələrin siyahısındadır. Son rəsmi məlumatlara görə, bu şəhərdə 1 948 işsiz qeydiyyatdadır.

Abşeron rayonunda qeydə alınan işsizlərin sayı 1 927 nəfərdir. Salyan rayonunda 1 826 nəfər işsiz qeydiyyata alınıb. Bərdə rayonunda 1 754 işsiz yaşayır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook