SON XƏBƏR

Azərbaycanda əmək haqqıları yenidən artdı

May 15
13:08 2018
Azərbaycanda yarım illik fasilədən sonra orta aylıq əmək haqqı yenidən artmağa başlayıb.

Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm aprelin 1-nə 532,4 manat təşkil edib. Bu isə martın 1-i ilə müqayisədə 4,2% çoxdur.

Son 1 ildə isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta maaşı 3,5% artıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Qeyd edək ki, martın sonuna Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1532,3 min nəfər təşkil edib. Bunlardan 888,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 643,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,7%-i təhsil, 19%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,5%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,2%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 11,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook