Azərbaycanda daha 132 yoluxma, 78 sağalma - Günün statistikası
May 26
19:36
2020
Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, serebral ateroskleroz, hipoksik ensefalopatiya və şəkərli diabet xəstəliyi olan 1948-ci il təvəllüdlü vətəndaş vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 4 403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 819 nəfər müalicə olunaraq sağalıb, 52 nəfər vəfat edib, 1 532 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 56 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.