SON XƏBƏR

Azərbaycanda bu il pambıq yığımı 206,7 min tonu keçib- Statistika Komitəsi

Dekabr 31
12:51 2017
Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 206 721 tondan çox pambıq təhvil verilib.

"Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, ötən gün məntəqələrə 226 ton pambıq verilib.

Pambıq tədarükündə Saatlı (25 742 ton), Biləsuvar ( 24 761 ton), Bərdə (22 359 ton), Ağcabədi (20 376 ton) rayonları irəlidədir.

Qeyd edək ki, bu il 136 413,2 hektar sahədə çiyid səpilib.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook