SON XƏBƏR

Azərbaycanda bu bankın əmlakı satışa çıxarıldı (SİYAHI)

Oktyabr 13
10:54 2017
Ləğv prosesindəki "Azərbaycan Kredit Bankı” ASC-nin mülkiyyətində olan əmlakların razılaşdırılmış qiymətə satışı həyata keçirilir.

Qlobal.az "Trend"ə istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsindəki 58 nömrəli binada yerləşən 206 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nərimanov küçəsi, ev 26, mənzil 10 (ümumi sahəsi 75,2 kv.m 3 otaqlı mənzil), Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 33, mənzil 22, (30 kv.m ümumi sahədən ibarət 2 otaqlı mənzil), Səbail rayonu, Aydın Məmmədov küçəsindəki 51 nömrəli binanın yarımzirzəmisində yerləşən 525,63 kv.m qeyri-yaşayış sahəsi, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 12, mənzil 4 (59,3 kv.m ümumi sahədən ibarət 3 otaqlı mənzil), Quba şəhəri, Hikmət Hüseynov küçəsi, 44 nömrəli ünvandakı 0,03202 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi, xüsusi təyinatlı, zirehli, buraxılış ili 2006-cı il olan "Volkswagen Disa 29612” markalı puldaşıyan avtomaşın, eləcə də ofis mebeli, kompüter, printer və telefon aparatları satışa çıxarılıb.
 
Qeyd edək ki, Mərkəzi Bank 2015-ci il iyulun 10-da Azərbaycan Kredit Bankının lisenziyasını ləğv etmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook