SON XƏBƏR

Azərbaycanda Baş prokurorun müavini olmuş şəxs dələduzluqda ittiham olunur

Yanvar 28
23:20 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində baş prokurorun keçmiş müavini, dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun məhkəməsi başlayıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Həm də Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov hazırda 13 saylı Vəkil Bürosunda fəaliyyətini davam etdirir.

O, zərərçəkmiş Rəşad Yusifovdan 150 min manat alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunur.

M.Cəfərov həmin şəxsdən pul alaraq onun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədəki prosesdə azadlığa buraxdıracağını vəd edib. Lakin vədini gerçəkləşdirə bilməyib, pulu da geri qaytarmayıb.

M.Cəfərov 1992-ci ildə baş prokurorun müavini olub.

Proses fevralın 1-də davam etdiriləcək.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook