SON XƏBƏR

Azərbaycanda bankların xalis dollar satışı 30 dəfə azalıb

Aprel 11
15:00 2017
Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin fevral ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 2,27 mln. ABŞ dollarının xalis satışı həyata keçirilib. Yanvar ayında xalis satış 67,51 mln. dollar təşkil edib. Aylıq müqayisədə xalis dollar satışı 30 dəfə azalıb.
 
Qeyd edək ki, 2016-cı ildə kommersiya banklarının əhaliyə toplam xalis dollar satışı 445,44 mln. dollar olub.
Keçən ilin fevralında isə bankların əhalidən 140,9 mln. dollar həcmində xalis dollar alışı baş tutub.
 
"Report"un analitik qrupu qeyd edir ki, bankların nağd xarici valyutanın xalis satışının kəskin azalmasına səbəb valyuta bazarının sabitləşməsi və Azərbaycan manatının fevral ayında ABŞ dolları ilə müqayisədə zəifləməsi ilə bağlıdır.
 
Qeyd edək ki, 2014-cü ilin ikinci yarısında başlayan qlobal iqtisadi böhran Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həmin ilin iyul ayındakı tarixi maksimal səviyyədən (15 193,4 mln. dollar) 2017-cı il martın 1-dək 10 760,7 mln. dollar və ya 70,8% azalaraq 4 432,7 mln. dollara enməsinə səbəb olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook