SON XƏBƏR

Azərbaycanda bankların dividend ödənişləri təxirə salınıb

May 02
14:55 2020
Azərbaycanda bankların ötən illərin nəticəsi üzrə dividend ödənişləri 30 sentyabr 2020-ci il tarixinədək təxirə salınıb.

"APA-Economics"in məlumatına görə, bu qayda Mərkəzi Bankın (AMB-nin) İdarə Heyəti tərəfindən təsdiqlənib və bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədini daşıyır.

Qeyd edək ki, sözügedən qayda, AMB-nin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Tədbirlər Planı”nın icrası çərçivəsində təklif etdiyi əlavə dəstəkləyici tədbirlərə daxil idi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook