SON XƏBƏR

Azərbaycanda 35 milyon manatlıq şirkət yaradıldı

Mart 02
11:16 2021
Azərbaycanda ilkin kapitalı 35 milyon 350 manat olan "Füzuli Airport” MMC yaradılıb. 

Qaynarinfo "Vergilər” qəzetinə istinadən xəbər verir ki, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mərdəkan prospekti, ev 21-dir. 

Şirkət 28 yanvar 2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi hələ müəyyənləşməyib. 

Şirkət böyük ehtimalla işğaldan azad olunmuş Fizuli rayonunda tikilən hava limanının hüquqi rezidenti olacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook