SON XƏBƏR

Azərbaycanda 3 gün ictimai nəqliyyat işləməyəcək

Mart 04
08:38 2021
Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Qlobal.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib.

Xatırladaq ki, bundan öncə "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.

Qeyd edək ki, 8 mart Qadınlar günü iş günü olmayan bayram günüdür. 







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook